Menyu

Blinken və ukraynalı həmkarı Kuleba arasında telefon danışığı olub

Blinken və ukraynalı həmkarı Kuleba arasında telefon danışığı olub

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Səudiyyə Ərəbistanında keçirilən Ukrayna mövzusunda uzunmüddətli təhlükəsizlik tədbirləri ilə bağlı görüşü müzakirə edib.

"Operativ Media" xəbər verir ki, mövzu ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. 

İki ölkənin Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynanın əks-hücumu ilə baş verən hadisələri və Ukraynada "ədalətli və davamlı sülhə dair son danışıqları" müzakirə etdiklərini qeyd edən Miller, ikilinin uzunmüddətli təhlükəsizlik tənzimləmələri barədə danışdıqlarınını da qeyd edib.

Miller bildirib ki, Blinken ABŞ-nin Rusiyaya qarşı mübarizədə Ukraynanın müdafiəsinə, eləcə də Ukrayna ordusuna və müdafiə institutlarına dəstəyini bir daha təsdiqləyib.

Qeyd edək ki, avqustun 5-6-da Ciddədə müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün toplantı keçirilib.

Teqlər:

"Blinken ukraynalı həmkarı Kuleba arasında telefon danışığı olub"

Əlaqəli Xəbərlər