Müdafiə sənayesində dünyada ilk 100-lükdə Türkiyədən 4 şirkət var
Dünyanın ən prestijli müdafiə sənayesi ilə bağlı siyahı hesab edilən ABŞ mərkəzli “Defense News Top 100”də türk şirkətlərinin sayı 4-ə yüksəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Defence News" jurnalının müdafiə satışlarına əsaslanaraq dərc etdiyi 2023-cü il üçün "Defence News Top 100" siyahısı açıqlanıb.
Buna görə, 2022-ci ildə siyahıda 3 olan Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.
Ötən il siyahının 49-cu pilləsində olan ASELSAN bu il 47-ci pilləyə yüksələrək türk şirkətləri arasında liderliyini qoruyub.
"Turkish Aerospace Industries AŞ (TUSAŞ)" keçən il 67-ci yerdə ikən, bu siyahıda 58-ci yerə girərək əhəmiyyətli bir sıçrayışla yadda qalıb. ROKETSAN 2022-ci ildə 86-cı sırada, 2023-cü ildə 80-ci pillədə yer alıb.
Siyahıya ilk dəfə daxil olan "Military Factory and Shipyard Operations Inc (ASFAT)" siyahıda 100-cü yerdə qərarlaşıb.
Teqlər:
"Müdafiə sənayesində dünyada ilk 100-lükdə Türkiyədən 4 şirkət var"