Menyu

Rusiya və Çin XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

Rusiya və Çin XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru, Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Ukrayna böhranı da daxil olmaqla qlobal gündəmdəki məsələlər, eləcə də ikitərəfli münasibətlər müzakirə edilib. 

"Tərəflər dünyadakı ümumi geosiyasi qeyri-sabitlik şəraitində sabitlik və müsbət dinamika nümayiş etdirən Rusiya-Çin münasibətlərinin davamlı inkişafını yüksək qiymətləndiriblər. Baş diplomatlar Ukrayna böhranı da daxil olmaqla, bir sıra qaynar regional mövzulara toxundular", - nazirlik bildirib. 

"Nazirlər beynəlxalq gündəmdə olan bir sıra aktual məsələləri müzakirə ediblər. Onlar Qərb blokunun Rusiya və Çinə qarşı qarşıdurma siyasətini, onların inkişafını sanksiyalar və digər qeyri-qanuni üsullarla cilovlamaq cəhdlərini rədd etdiklərini qeyd ediblər. Birləşmiş Millətlər Təşkilatı, BRİCS, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı - red.), İyirmilik Qrupu və digər beynəlxalq strukturlar çərçivəsində Moskva və Pekin arasında konstruktiv dialoq və əməkdaşlıqları yüksək qiymətləndiriblər”, - nazirlikdən bildiriblər.

Bu, Vanq Yinin bu vəzifəyə son təyinatından sonra Rusiya və Çin xarici işlər nazirləri arasında ilk telefon danışığı olub. 

"Sergey Lavrov çinli həmkarını bu yaxınlarda Çinin xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona yeni rolunda böyük uğurlar arzulayıb", - XİN-dən yekun vurub.

Teqlər:

"Rusiya Çin XİN başçıları bir sıra məsələləri müzakirə ediblər"

Əlaqəli Xəbərlər