Britaniya minalarla mübarizəni dəstəkləmək üçün Azərbaycana əlavə vəsait ayırıb
Nərmin Qocamanlı
Böyük Britaniya minalarla mübarizəni dəstəkləmək üçün Azərbaycana əlavə 500,000 funt sterlinq ayırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə bildirib.
"Bu vəsait ANAMA və UNDP Azərbaycan ilə tərəfdaşlığımız çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib", - o, qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Britaniya minalarla mübarizəni dəstəkləmək üçün Azərbaycana əlavə vəsait ayırıb"