Menyu

Rusiya neftini Avropaya daşıyan "Drujba" kəmərinin təmiri başa çatıb

Rusiya neftini Avropaya daşıyan "Drujba" kəmərinin təmiri başa çatıb

Polşanın boru kəməri operatoru PERN sızma aşkar edildikdən sonra neft axınının dayandırıldığı "Drujba" boru kəmərinin təmir olunduğunu, hazırda işlək vəziyyətə gətirildiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, şirkətdən verilən yazılı açıqlamada zədələnmiş boru kəmərinin təmirinin başa çatdırıldığı bildirilib.

"Texniki qruplar zədələnmiş boru kəmərinin təmirini dünən axşam saatlarında başa çatdırıb. Alman müştərilərinə xam neft daşıyan "Drujba" boru kəmərinin ikinci qolu dünən axşam saatlarında tam fəaliyyətə başlayıb", açıqlamada qeyd edilib. 

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” ilə gündə 2 milyon barel neft nəql oluna bilər.

Hazırda gündəlik nəql edilən neftin həcminin təxminən 1,5 milyon barel olduğu bildirilir.

Drujba kəmərindən neft alan Almaniya yanvar ayında Rusiya neftinin alışını tamamilə dayandırıb.

Yerli mətbuatın məlumatına görə, Almaniya sözügedən xətt vasitəsilə Qazaxıstan neftini idxal edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər