Menyu

Malidə 2 terror aktı nəticəsində 17 nəfər həlak olub

Malidə 2 terror aktı nəticəsində 17 nəfər həlak olub

Naməlum silahlı şəxslər Malinin daxili bölgəsi Bandiaqara şəhərinə hücum ediblər. Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu hücumdan sonra Bandiaqara yaxınlığında motosikletin minaya düşməsi nəticəsində daha iki nəfər ölüb.

Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər