Menyu

İran: "İlkin şərt olmadan məhbus mübadiləsinə hazırıq"

İran: "İlkin şərt olmadan məhbus mübadiləsinə hazırıq"

İran tərəfi heç bir ilkin şərt olmadan ABŞ ilə məhbus mübadiləsi etməyə hazır olduqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

İranın paytaxtı Tehranda keçirilən “İran-BRİCS tərəfdaşlıq və əməkdaşlıq perspektivi” adlı konfransda mətbuata açıqlama verən İranın xarici işlər naziri Tehran və Vaşinqton arasında mümkün məhbus mübadiləsini dəyərləndirib.

Məhbus mübadiləsini “insan məsələsi” olaraq gördüklərini ifadə edən Abdullahiyan qeyd edib: “Sayı önəmli deyil, ancaq Oman və Qətər vasitəsilə aylardır (İran və ABŞ arasında) mesaj mübadiləsi aparılıb. Bununla bağlı heç bir ilkin şərtə ehtiyac duymuruq. Vasitəçi tərəflərə razılaşdırılmış çərçivədə məhbus mübadiləsi aparacağımızı bildirdik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər