Menyu

2023-cü ilin iyul ayı "ən isti ay" kimi tarixə düşüb

2023-cü ilin iyul ayı "ən isti ay" kimi tarixə düşüb

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti ötən iyul ayının indiyə qədər qlobal miqyasda "ən isti ay" olaraq qeydə alındığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti aylıq hesabatını dərc edib. 

Hesabata görə, 2023-cü ilin iyul ayı qlobal miqyasda indiyədək qeydə alınan “ən yüksək temperatur”un qeydə alındığı ay olub. 2023-cü ilin iyul ayında qlobal orta hava istiliyinin 16,63 dərəcə Selsi ilə əvvəlki ən isti ayın temperaturunu Selsi üzrə 0,3 dərəcə keçdiyi bildirilib. Əvvəlki rekord 2019-cı ilin iyul ayında qeydə alınıb. 

Şimal yarımkürəsinin bir çox yerlərində, o cümlədən Cənubi Avropada istilik dalğalarının yaşandığı, bir sıra Cənubi Amerika ölkəsində və Antarktidanın əksər hissəsində temperaturun orta səviyyədən xeyli yuxarı olduğu vurğulanıb.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samantha Burgess mövzu ilə bağlı açıqlamasında belə deyib:

“İyul ayında qlobal hava istiliyinin və qlobal okean səthinin temperaturunun bütün zamanların rekordlarını qırdığının şahidi olduq. Bu həm insanlar, həm də ekstremal hava hadisələrinə daha çox məruz qalan planet üçün dəhşətli nəticələrə malikdir. 2023-cü il hal-hazırda son illərin orta göstəricisindən 0,43 dərəcə yüksəkdir”.

Burgess istixana qazı emissiyalarının azaldılmasının vacibliyini vurğulayıb.

Teqlər:

"2023-cü ilin iyul ayı \"ən isti ay\" kimi tarixə düşüb"

Əlaqəli Xəbərlər