Cənubi Koreyada rəsmi şəxslərə müxalifət liderini hədəf alan məktub göndərilib
Cənubi Koreyada Seul Bələdiyyəsinin administrasiyasının rəsmilərinə müxalif partiya olan Demokratiya Partiyasının (DP) lideri Li Jae-Myunqa qarşı təhdid ifadələri olan elektron məktub göndərilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmilər Lini hədəf alan terror təhlükəsi kimi xarakterizə olunan e-poçtdan sonra Milli Assambleyada axtarış aparıldığını açıqlayıb.
Açıqlamada Seul rəsmiləri də daxil olmaqla bir çox insana göndərilən elektron məktubda sabah yerli vaxtla saat 15:34-ə qədər Linin öldürülməməsi halında paytaxtdakı bir kitabxananın bombalanacağı mesajının yer aldığı bildirilib.
Bildirilib ki, təhdid dolu elektron poçt bildirişi saat 16:46-da alınıb və bildirişdən sonra Milli Məclisə bomba zərərsizləşdirmə qrupları yerləşdirilib.
Teqlər:
"Cənubi Koreyada rəsmi şəxslərə müxalifət liderini hədəf alan məktub göndərilib"