Menyu

Çin XİN: "ABŞ Cənubi Çin dənizindəki vəziyyətə müdaxilə edə bilməz"

Çin XİN: "ABŞ Cənubi Çin dənizindəki vəziyyətə müdaxilə edə bilməz"

ABŞ Cənubi Çin dənizindəki vəziyyətlə bağlı mübahisənin tərəfi deyil və bu məsələ ilə bağlı hər hansı göstəriş vermək hüququna malik deyil.

"Operativ Media" xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyi Filippin gəmisi ilə bağlı insidenti şərh edərkən bildirib.

“ABŞ Cənubi Çin dənizi məsələsində maraqlı tərəf deyil və bu məsələ ilə bağlı göstəriş vermək hüququna malik deyil”, - bəyanatda deyilir.

Çin ABŞ-dən "həqiqəti yalanla qarışdırmaq" və "nifaq salmaq üçün" Cənubi Çin dənizi məsələsindən bəhanə kimi istifadəni dərhal dayandırmağı tələb edib. Çin ordusu ABŞ-ninn Çinin Cənubi Çin dənizindəki ərazi suverenliyinə, dəniz hüquqlarına və qanuni maraqlarına səmimi şəkildə hörmət etməli və Cənubi Çin dənizində sülh və sabitliyi qorumaq üçün region ölkələrinin göstərdiyi fəal səylərə hörmət etməli olduğuna işarə edib.

Qeyd edək ki, Filippin Sahil Mühafizəsinin bazar günü yaydığı məlumata görə, Çin sahil mühafizə gəmisi Cənubi Çin dənizinin mübahisəli bölgəsində Filippin gəmilərinin yaxınlığında təhlükəli manevr edərək su şırnaqlarından istifadə edib. 

Teqlər:

"Çin XİN: \"ABŞ Cənubi Çin dənizindəki vəziyyətə müdaxilə edə bilməz\""

Əlaqəli Xəbərlər