Cənubi Afrikada taksi sürücülərinin tətili nəticəsində 5 nəfər ölüb
Cənubi Afrikanın paytaxtı Keyptaunda keçən həftə cümə axşamı günü taksi sürücülərinin başlatdığı tətildə 5 nəfər həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Cənubi Afrikanın paytaxtı Keyptaunda Cənubi Afrika Milli Taksi Şurası (SANTACO) keçən həftənin cümə axşamı günü yerli hakimiyyət orqanlarına lisenziya olmadan avtomobil sürmək kimi pozuntulara görə nəqliyyat vasitələrini müsadirə etmək səlahiyyəti verən qanuna etiraz etmək üçün tətilə çıxıb.
Polis maşınları müsadirə etməyə başlayanda etirazçılar bir çox avtomobili yandırıb və polisə daşla hücum ediblər.
Etirazlar zamanı baş verən zorakılıqda biri 40 yaşlı Britaniya vətəndaşı olmaqla ümumilikdə 5 nəfər həyatını itirib.
Cənubi Afrikanın polis naziri Bheki Cele keçirdiyi mətbuat konfransında bildirib ki, cümə axşamından bəri əmlaka ziyan vurmaq, talan etmək və xalqa zorakılıq etməkdə şübhəli bilinən 120 nəfər həbs edilib.
Reaksiyalardan sonra SANTACO zorakılığa görə məsuliyyət daşımadıqlarını və bu cür hərəkətlərin onlar tərəfindən deyil, başqa insanlar tərəfindən qızışdırıldığını bildirib.
Teqlər:
"Cənubi Afrikada taksi sürücülərinin tətili nəticəsində 5 nəfər ölüb"