Menyu

Ərdoğan: "Türkiyə beynəlxalq münasibətlərdə oyun qurucu ölkəyə çevrilib"

Ərdoğan: "Türkiyə beynəlxalq münasibətlərdə oyun qurucu ölkəyə çevrilib"

"Türkiyə beynəlxalq münasibətlərə damğasını vuran, bir çox kritik mövzularda iştirakı axtarılan, münasibəti yaxından izlənilən oyun qurucu ölkəyə çevrilib".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında keçirilən “14-cü Səfirlər Konfransı”nda iştirakçılara müraciətində deyib.

"Üç qitənin mərkəzində yerləşən Türkiyə hadisələri tribunadan izləyə bilməz. Meydanda və masa arxasında güclü olmaq bizim üçün seçim deyil, öhdəlikdir", - Ərdoğan bildirib.

"Biz diplomatiyanın bütün imkanlarından, sərt və yumşaq gücün bütün elementlərindən istifadə edərək Türkiyənin maraqlarını qorumaqdayıq", - Türkiyə lideri qeyd edib.

Teqlər:

"Ərdoğan: \"Türkiyə beynəlxalq münasibətlərdə oyun qurucu ölkəyə çevrilib\""

Əlaqəli Xəbərlər