Menyu

Sergey Sobyanin: Moskvaya silahlı dronlarla hücum cəhdinin qarşısı alınıb

Nərmin Qocamanlı
Sergey Sobyanin: Moskvaya silahlı dronlarla hücum cəhdinin qarşısı alınıb

 Moskvaya silahlı dronlarla ( PUA) hücum cəhdinin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Sobyanin verdiyi açıqlamada iki silahlı pilotsuz təyyarə ilə Moskvaya hücuma cəhd edildiyini bildirib.

Hər iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edən Sobyanin, bu təyyarələrdən birinin Minsk şosesində, digərinin isə Domodedovo bölgəsində məhv edildiyini açıqlayıb.

Sobyanin dron hissələrinin düşməsi nəticəsində xəsarət alan olmadığını, səlahiyyətlilərin hadisə yerində iş apardığını qeyd edib.

Rusiya rəsmiləri Ukraynanın 24, 28, 30 iyul, 1 və 6 avqust tarixlərində PUA-larla Moskvaya hücumlar həyata keçirdiyini, ölən və yaralanan olmadığını bildirib.

Teqlər:

"Sergey Sobyanin: Moskvaya silahlı dronlarla hücum cəhdinin qarşısı alınıb"

Əlaqəli Xəbərlər