Pentaqon: Bayden ukraynalı pilotların F-16-larda təliminə icazə verib
Nərmin Qocamanlı
Bayden ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun vitse-spikeri Sabrina Sinq məlumat yayıb.
"Bildiyiniz kimi, Ukraynalı F-16 qırıcı pilotlarının hazırlanması prosesinə Danimarka və Hollandiya rəhbərlik edir. Prezident Bayden təlim prosesinə icazə vermək və dəstəkləmək üçün yaşıl işıq yandırıb", - o, qeyd edib.
Teqlər:
"Pentaqon: Bayden ukraynalı pilotların F-16-larda təliminə icazə verib"