Menyu

Çində sel nəticəsində 33 nəfər ölüb, 18 nəfər itkin düşüb

Nərmin Qocamanlı
Çində sel nəticəsində 33 nəfər ölüb, 18 nəfər itkin düşüb
1 dəq oxu

Çinin paytaxtı Pekində fırtına nəticəsində meydana gələn seldə 33 nəfər həyatını itirib, 18 nəfər isə itkin düşüb.

"Operativ Media" xəbər verir ki,  avqustun 8-də gecə yarısına olan məlumata görə, paytaxt Pekində ölənlərin sayı 33-ə çatıb.

Çin mediası 18 nəfərin itkin düşdüyünü, axtarış-xilasetmə tədbirlərinin davam etdiyini açıqlayıb.

Son məlumatlara görə, 1 milyon 290 min insan seldən zərər çəkib. 59 min evin dağıldığı, 147 min evə ciddi ziyan dəydiyi açıqlanıb.

Əlaqəli Xəbərlər