Menyu

Polşa Belarusla sərhədə əlavə 2000 hərbçi göndərəcək

Nərmin Qocamanlı
Polşa Belarusla sərhədə əlavə 2000 hərbçi göndərəcək

Polşa Belarusla sərhədə əlavə 2000 hərbçi göndərəcək, bu əvvəl açıqlanan rəqəmdən iki dəfə çoxdur.

"Operativ Media" xəbər verir ki, bunu Polşa daxili işlər nazirinin müavini Maciej Vasik bildirib.

Polşanın PAP xəbər agentliyinə danışan Vasik bildirib ki, qoşunların göndərilməsi ilə bağlı qərar Nazirlər Şurası tərəfindən verilib.

Bu həftənin əvvəlində Polşa Sərhəd Mühafizəsi Müdafiə Nazirliyindən Belarus sərhədinə əlavə 1000 hərbçi göndərilməsini istəyib.

Gücləndirmənin Müdafiə naziri Mariuş Blaşçak tərəfindən təsdiqləndiyini bildirən Vasik, "Bu gücləndirmə min yox, 2 min əsgər olacaq. Bu qərarı nazir Blaşçak verib", - deyə qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər