Menyu

İnterpolun Qərbi Afrikada keçirdiyi əməliyyatda 103 nəfər saxlanılıb

Nərmin Qocamanlı
İnterpolun Qərbi Afrikada keçirdiyi əməliyyatda 103 nəfər saxlanılıb

İnterpolun Qərbi Afrikada mütəşəkkil cinayət qruplarına qarşı təşkil etdiyi əməliyyatda 103 nəfər saxlanılıb, 2 milyon avrodan çox pul ələ keçirilib.

"Operativ Media" xəbər verir ki, Interpolun yaydığı açıqlamaya görə,  mayın 15-29-da başda kibercinayətkar təşkilatlara qarşı olmaqla 21 ölkədə "Çaqqal" şərti adlı əməliyyat keçirilib. Bu çərçivədə, Qərbi Afrikada kredit kartı fırıldaqçılığı, çirkli pulların yuyulması, e-poçt və miras fırıldaqçılığı ilə məşğul olan Nigeriya mərkəzli Black Axe (Qara Balta) kimi bir çox mütəşəkkil cinayət qrupları hədəfə alınıb.

Əməliyyatda 2,15 milyon avro nağd pul müsadirə edilib, 208 bank hesabı bağlanıb, 103 nəfər saxlanılıb.

Teqlər:

"İnterpolun Qərbi Afrikada keçirdiyi əməliyyatda 103 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər