Menyu

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib

Nərmin Qocamanlı
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib

Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi avqustun 6-dan etibarən fəaliyyətini bərpa edib.

"Operativ Media" xəbər verir k, bu barədə İRNA məlumat yayıb.

Mövzu ilə bağlı Səudiyyə Ərəbistanından hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər terrorçuluq ittihamı ilə edam edilib.

Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb.

Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti 3 yanvar 2016-cı ildə İranla diplomatik əlaqələri kəsdiyini elan edib.

Teqlər:

"Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib"

Əlaqəli Xəbərlər