Ərdoğan Hakan Fidanı "Üstün xidmət medalı" ilə təltif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MİT-dəki (Milli İstihbarat Teşkilatı - red.) vəzifələrinə görə xarici işlər naziri Hakan Fidana “Dövlətə üstün xidmət medalı” təqdim edib. Eyni zamanda, Ərdoğan təqaüddə olan komandirlərə də hədiyyələr verib.
"Operativ Media" xəbər verir ki, bu gün Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.
Prezident Ərdoğan görüşdən əvvəl 13 il MİT-in müşaviri və prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmış hazırkı XİN rəhbəri Hakan Fidana “Dövlətə üstün xidmət medalı” təqdim edib.
Fidan deyib: "Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram".
Prezident Ərdoğan isə, "Rəbbim məkanlarını cənnət eləsin", - deyə qarşılıq verib.
Teqlər:
"Ərdoğan Hakan Fidanı \"Üstün xidmət medalı\" ilə təltif edib"