Menyu

Tatar: "Rusiyanın konsulluq işləri görən ofis açması Şimali Kiprin tanınması demək deyil" 

Tatar: "Rusiyanın konsulluq işləri görən ofis açması Şimali Kiprin tanınması demək deyil" 

Şimali Kiprdə yaşayan Rusiya vətəndaşlarına Rusiya konsulluq xidmətləri təklif edən ofisin açılması Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəsmi Moskva tərəfindən tanınması demək deyil.

"Operativ Media xəbər verir ki, bunu ŞKTC prezidenti Ersin Tatar bildirib.

"Biz konsulluq açmaq üçün heç bir müraciət almamışıq, Rusiya tərəfindən konsulluq xidmətləri göstərmək üçün ofis açmaq təşəbbüsləri var. Ölkəmizdə buna bənzər Böyük Britaniya nümayəndəliyi var. Biz Rusiya nümayəndəliyinin də olmasına qarşı deyilik", - Tatar deyib. 

Öz növbəsində ŞKTC xarici işlər naziri Tahsin Ərtoğruloğlu bildirib ki, Rusiya təxminən bir ildir KKTC-də ofis açmaq istəyir: "Konsulluq açmaq başqa məsələdir və bu barədə heç bir söhbət yoxdur. Rusiyanın ABŞ və ya Böyük Britaniyanın Şimali Kiprdə olduğu kimi bir ofisin açılması tələbi var. Konsulluğun yaradılması və formal diplomatik tanınma tamam başqa bir məsələdir”, - deyə o, ətraflı danışıb.

Daha əvvəl Rusiyanın Kipr Respublikasındakı səfiri Murat Zyazikov TASS-a bildirib ki, ruslar adanın şimalında onları müntəzəm olaraq qəbul edəcək Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarından kömək istəyə biləcəklər. Onun sözlərinə görə, bu qərar gecikib, heç bir siyasi çalarları yoxdur və "yalnız humanitar məsələlərdən irəli gəlib".

Bəzi hesablamalara görə, Kiprin şimal hissəsində 50 mindən çox rus yaşayır.

Teqlər:

"Tatar: \"Rusiyanın konsulluq işləri görən ofis açması Şimali Kiprin tanınması demək deyil\" "

Əlaqəli Xəbərlər