Menyu

İCMAL: Kiyevin əks-hücumları Qərbin gözləntilərini doğrultmur

İCMAL: Kiyevin əks-hücumları Qərbin gözləntilərini doğrultmur

Ukrayna silahlı qüvvələrinin iyunun əvvəlində başlatdığı əks-hücum Qərbin gözləntilərini doğrultmadı və Ukraynayönlü düşərgədə parçalanmaya səbəb ola bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, Qərb rəsmiləri “gözləntilərlə əks-hücumun nəticələri arasında genişlənən uçurum”un Kiyev və Qərb paytaxtları arasında “günah oyunu”na səbəb olacağından narahatdırlar. Bu da “alyans daxilində parçalanmalar” yarada bilər. 

“Problem odur ki, ukraynalıların günahı bizim üzərimizə atacağı ehtimalı var”, - yüksək rütbəli qərb diplomatı bildirib. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu iyunun 4-dən irəliləyiş üçün uğursuz cəhdlər edir. Nazirliyin məlumatına görə, iki ay ərzində Ukrayna qüvvələri 43 mindən çox əsgər və 5 minə yaxın müxtəlif silah-sursat, o cümlədən 26 təyyarə və hərbi texnika itirib.

Rusiya prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin heç bir istiqamətdə uğur əldə etmədiyini vurğulayıb. 

Daha əvvəl "Politico" xəbər verib ki, ABŞ rəsmiləri ukraynalı həmkarlarına Vaşinqtonun eyni həcmdə hərbi yardımı davam etdirməyə haqq qazandıra bilməsi üçün yaxın gələcəkdə döyüş meydanında mühüm qələbələr qazanmalı olduqları barədə xəbərdarlıq ediblər.

Bloomberg-in məlumatına görə isə, Qərb Kiyev qüvvələrinin ciddi itkilər verdiyini etiraf edir. 

Bununla belə, “Washington Post” bəyan edib ki, ukraynalıların əks-hücumlarda uğur qazanmaması Kiyevin Qərblə gələcək münasibətlərinə mənfi təsir göstərə bilər.

Teqlər:

"İCMAL: Kiyevin əks-hücumları Qərbin gözləntilərini doğrultmur"

Əlaqəli Xəbərlər