Menyu

Türkiyədə ağır yol qəzası baş verib

Türkiyədə ağır yol qəzası baş verib
1 dəq oxu

İstanbulun Eyüpsultan hava limanının əməkdaşlarını daşıyan avtobusun aşması nəticəsində 29 nəfər xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, avtobus naməlum səbəbdən təxminən 6 metr hündürlükdən boş sahəyə yuvarlanıb.

Xəbərdarlıqdan sonra hadisə yerinə jandarma, xilasetmə və təcili yardım qrupları sövq edilib.

Avtobusda sürücü və 46 sərnişinin olduğu, ilkin təsbitlərə görə qəzada 29 nəfərin yaralandığı məlum olub.

Hadisə yerinə gələn təcili yardım qruplarının ilk müdaxiləsindən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Əlaqəli Xəbərlər