Fransa Nigerdə xunta ilə bağlı ittihamları rədd edib
Fransa Nigerdəki xuntanın, "Fransa icazəsiz uçuşlar edib və terrorçuları azad edib", - şəklində irəli sürdüyü iddialarını rədd edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir.
“Niger xuntasının yeni əsassız ittihamları birmənalı şəkildə rədd edilib”, - bəyanatda qeyd edilib.
Açıqlamada Fransa əsgərlərinin terrorla mübarizə üçün qanuni Niger hakimiyyətinin tələbi ilə ölkəyə yerləşdirildiyi bildirilib.
İllərdir bölgədə terrorla mübarizə aparan fransız əsgərlərinin heç bir terrorçunu sərbəst buraxmadığı və Niger ordusuna aid heç bir mövqeyə hücum etmədiyi vurğulanıb: “Niger hava sahəsinin istifadə ediləcəyi Niger ordusuna bildirildi və Niger ordusu bu tələbi yazılı şəkildə təsdiqlədi".
Qeyd edək ki, daha əvvəl Nigerdəki xunta Fransanı ölkədə sabitliyi pozmaqda ittiham edib.
Teqlər:
"Fransa Nigerdə xunta ilə bağlı ittihamları rədd edib"