Menyu

Siciliya kanalında üç böyük sualtı vulkan aşkar edilib

Siciliya kanalında üç böyük sualtı vulkan aşkar edilib

İtalyan alimlər ilə beynəlxalq qrupun birgə işi nəticəsində Siciliya boğazında 3 yeni sualtı vulkan kəşf edilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, İtaliyanın Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutu dünən Siciliya kanalında üç böyük sualtı vulkan və batmış bir gəminin aşkar edildiyini açıqlayıb.

“Yeni vulkanların eni ən azı 6 kilometrdir və dənizin dibindən 150 metr hündürlükdə qalxır. Onlar Mazara del Vallo və Sciacca arasında dəniz zonasında Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutu tərəfindən kəşf edilmiş bir sıra digər vulkanik konuslar arasındadır", - məlumatda bildirilir.

Alimlər qeyd edib ki, batmış gəmi kəşfiyyat zamanı aşkar edilib və onun yeri barədə İtaliyanın dəniz idarələrinə məlumat verilib. Vulkanik Linosa adası ilə Siciliya arasında təxminən yarı məsafədə yerləşən gəminin uzunluğu 100 metr, eni 17 metr və dərinliyi 110 metrdir.

Teqlər:

"Siciliya kanalında üç böyük sualtı vulkan aşkar edilib"

Əlaqəli Xəbərlər