Bu gün, avqustun 10-da İrəvanın ümumi yurisdiksiya məhkəməsində hakim Vahe Misakyanın sədrliyi ilə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın dindirilməsi başa çatıb.
"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, növbəti məhkəmə iclası avqustun 24-ü saat 14:00-a təyin edilib.
Xatırladaq ki, ittiham aktına əsasən, Serj Sarkisyanın təşkilatçılığı və Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın yardımı ilə Serqo Karapetyan dövlət dəstəyi proqramlarının icrası zamanı Ermənistan hökumətinin ehtiyat fondundan böyük məbləğdə pul xərcləyib.
Serj Sarkisyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi, mənimsəmə və ya xüsusilə külli miqdarda israf etmə ittihamı irəli sürülüb. Sarkisyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və müdafiəçiləri bu prosesi siyasi təqib adlandırırlar.