Banqladeşdə musson yağışları nəticəsində 29 nəfər ölüb
Banqladeş səlahiyyətliləri ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda aralarında uşaqların da olduğu 29 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bölgədə baş verən daşqınların 14 milyon Banqladeş svopu (təxminən 128 min dollar) dəyərində maddi ziyan vurduğu təxmin edilir.
Qeyd edilib ki, sel suları səbəbindən bağlanan avtomobil yolu suların çəkilməsi ilə yenidən hərəkətə açılıb.
Chattogram komissarı Abul Bashar Mohammed Fakhruzzaman bölgədə 800 minə yaxın insanın daşqınlardan təsirləndiyini bildirib.
Bildirilib ki, daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Banqladeşdə hər il iyun-sentyabr aylarında müşahidə edilən musson yağışlar minlərlə insanın həyatına mənfi təsir göstərir.
Teqlər:
"Banqladeşdə musson yağışları nəticəsində 29 nəfər ölüb"