Menyu

Hakan Fidan Taliban rəsmiləri ilə görüşüb

Hakan Fidan Taliban rəsmiləri ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Əfqanıstanda iqtidarda olan Taliban hökumətinin baş nazirinin müavini Molla Əbdülqəni Biradər ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri Hakan Fidan Ankarada Molla Əbdülqəni Biradər ilə görüş keçirib.

Bildirilib ki, tərəflər arasında həm təkbətək, həm də nümayəndə heyətləri arasında görüş baş tutub.

Görüşlər barədə əlavə məlumat verilməyib.

Teqlər:

"Hakan Fidan Taliban rəsmiləri ilə görüşüb"

Əlaqəli Xəbərlər