Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndi boşaldılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç qərar imzalayıb.
Qərara əsasən, Kupyanskda 37 yaşayış məntəqəsi boşaldılacaq.
Ukrayna Baş Qərargahı bildirib ki, son 24 saat ərzində Ukrayna qoşunları Kupyansk istiqamətində Sinkivka və İvanivke yaşayış məntəqələrində Rusiyanın hücumlarını uğurla dəf edib və bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsinin artilleriya və minaatan hücumlarına məruz qaldığını açıqlayıb.