Menyu

İran: "Urmiya gölünün vəziyyəti yaxşı deyil"

İran: "Urmiya gölünün vəziyyəti yaxşı deyil"

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Agentliyinin sədri Əli Selaceke quraqlıq səbəbindən Urmiya gölündə suyun səviyyəsinin aşağı düşdüyünü, gölün vəziyyətinin yaxşı olmadığını və problemin beynəlxalq xarakter daşıdığını bəyan edib.

"Operativv Media" İranlı İşçilər Xəbər Agentliyinə (İLNA) istinadən 
 xəbər verir ki, Selaceke Urmiya Gölü Milli Parkının Qiymətləndirilməsi Yığıncağında çıxış edib.

Selaceke deyib: "Təəssüf ki, Urmiya gölünün vəziyyəti yaxşı deyil. Gölün problemi beynəlxalq bir məsələdir".

O, gölün payız yağışları ilə daha yaxşı səviyyəyə çatmasını gözlədiklərini qeyd edib: "Urmiya gölünün təbii prosesləri insan müdaxiləsi ilə problemli hala gəldi".

Selaceke qeyd edib ki, göldəki vəhşi təbiətin qorunması üçün səy göstərilməlidir.

Xatırladaq ki, 2003-cü ildə quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşmişdi. İranın şimal-qərbində yerləşən gölün 95 faizinin hazırda quruduğu bildirilir.

Dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən insanların həyatına da mənfi təsir göstərir.

Ölkədə zaman-zaman gölün fəaliyyətinin bərpası tələbi ilə nümayişlər keçirilir.

Urmiya gölü 1976-cı ildə YUNESKO-nun Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib.

Teqlər:

"İran: \"Urmiya gölünün vəziyyəti yaxşı deyil\""

Əlaqəli Xəbərlər