Menyu

Myanmada arakanlı müsəlmanları daşıyan qayıq batıb, 17 nəfər ölüb

Myanmada arakanlı müsəlmanları daşıyan qayıq batıb, 17 nəfər ölüb

Myanmada arakanlı müsəlmanları daşıyan qayığın batması nəticəsində ən azı 17 nəfər həyatını itirib, 33 nəfər isə itkin düşüb.

"Operativ Media" xəbər verir ki, Myanmadan Malayziyaya yola düşən arakanlı müsəlmanların olduğu qayıq Benqal körfəzində aşıb. 

Xilas edilən 8 nəfərin polis bölməsinə aparıldığını bildirib. Polis isə qayıqda olan 58 nəfərdən 33-nün itkin düşdüyünü bildirib: "Onlar fırtınaya tutulub və qayıq böyük dalğalar arasında batıb".

Xilasetmə qrupları və polisin başlatdığı axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, hər il minlərlə arakanlı müsəlman Banqladeş və Myanmadakı düşərgələri tərk edərək, əksəriyyəti müsəlman olan Malayziya və İndoneziyaya doğru təhlükəli marşrutlarla hərəkət edərək həyatlarını riskə atırlar.

Teqlər:

"Myanmada arakanlı müsəlmanları daşıyan qayıq batıb 17 nəfər ölüb"

Əlaqəli Xəbərlər