Menyu

Türkiyə İngiltərə ilə miqrasiya sahəsində əməkdaşlıq edəcək

Türkiyə İngiltərə ilə miqrasiya sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Böyük Britaniya arasında miqrasiya sahəsində əməkdaşlıq əldə edilib. Əməkdaşlıq çərçivəsində İngiltərədən Türkiyəyə üçüncü ölkə vətəndaşlarının qəbulu mümkün olmayacaq.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqrant qaçaqmalçılığı və nizamsız miqrasiya ilə mübarizədə bir çox ölkə ilə əməkdaşlıq edən Türkiyə İngiltərə ilə də əməkdaşlığını davam etdirəcək.

Belə ki, son günlər Türkiyə-Serbiya-Fransa-İngiltərə vasitəsilə yeni marşrut yaradan miqrant qaçaqmalçılarına qarşı yeni addım atılıb. Böyük Britaniya və Türkiyə hüquq-mühafizə orqanları, əksəriyyəti terror təşkilatlarına bağlı olan, Türkiyəni ləkələyən və sığınacaq istəyən insanlara qarşı kəşfiyyat məlumatlarının paylaşılması da daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq edəcək.

Bu çərçivədə İngiltərədən Türkiyəyə üçüncü ölkə vətəndaşlarını qəbul etmək mümkün olmayacaq. Britaniya hakimiyyəti bu məsələyə xüsusi həssaslıqla yanaşacaq.

Böyük Britaniya Türkiyə Təhlükəsizlik Baş İdarəsi nəzdində yaradılacaq Mükəmməllik Mərkəzinə də dəstək verəcək. Türkiyənin öz layihəsi olan bu mərkəz nizamsız miqrasiya ilə mübarizəyə dəstək verəcək.

Bu çərçivədə ingilislər prezident Rəcəb Tayyib Ərdoğanın G-20 çərçivəsində miqrasiya və köçkünlərlə bağlı araşdırma aparmaq təklifini dəstəkləyəcəklər. Məsələ G7 platformasında da gündəmə gətiriləcək.

Teqlər:

"Türkiyə İngiltərə ilə miqrasiya sahəsində əməkdaşlıq edəcək"

Əlaqəli Xəbərlər