Menyu

Yandex-in qurucusu Ukraynadakı müharibəyə qarşı olduğunu bildirib

Yandex-in qurucusu Ukraynadakı müharibəyə qarşı olduğunu bildirib

Rusiyanın "Yandex" internet şirkətinin yaradıcısı Arkadi Voloj Ukraynadakı müharibəyə qarşı olduğunu bəyan edib.

"Operativ Media" xəbər verir ki, Voloj Rusiya mediasına göndərdiyi açıqlamada indiyə qədər “müəyyən səbəblərdən” susduğunu qeyd edib.

O, açıqlamanın vaxtına görə tənqid oluna biləcəyini, amma önəmli olanın məzmun olduğunu vurğulayıb: "Mən bu savaşın əleyhinəyəm. Mövqeyimi aydınlaşdırmaq istədim".

Qohumlarının və dostlarının Ukraynada yaşadığını bildirən Voloj deyib: "2014-cü ildən Rusiyada yaşamasam da, ölkənin hərəkətlərində mənim də payım olduğunu anlayıram".

Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyaya məruz qalan Voloj 2022-ci ilin dekabrında Yandex-dən ayrılacağını açıqlamışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər