Menyu

Türkiyə MN və XİN taxıl müqaviləsi təmaslarına davam edir

Türkiyə MN və XİN taxıl müqaviləsi təmaslarına davam edir

Türkiyənin Milli Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə taxıl sövdələşməsinin bərpası üçün BMT, Rusiya və Ukrayna nümayəndələri ilə müzakirələr aparır.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Dövlət Televiziyası (TRT) məlumat yayıb.

“Rusiya Federasiyası tərəfindən dayandırılmış Qara dəniz taxıl təşəbbüsünün davam etdirilməsi istiqamətində təmaslarımız Xarici İşlər Nazirliyi ilə koordinasiya əsasında davam edir”, - TRT telekanalı Türkiyə Müdafiə Nazirliyinin rəsmisindən sitat gətirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin avqustun sonunda Türkiyəyə səfər edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Yerli KİV-lər səfərin avqustun 28-31-də baş tutacağını ehtimal edib.

Teqlər:

"Türkiyə MN XİN taxıl müqaviləsi təmaslarına davam edir"

Əlaqəli Xəbərlər