Menyu

Azərbaycan Gürcüstana aviasiya yanacağı idxalında ikinci əsas tədarükçüdür

Redaksiya
Azərbaycan Gürcüstana aviasiya yanacağı idxalında ikinci əsas tədarükçüdür

2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana aviasiya yanacağı idxalı 67,1 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 0,7% azdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb. 

Gürcüstana aviasiya kerosini tədarük edən ölkələr arasında Türkmənistan liderdir. Yeddi ay ərzində bu ölkədən 29,6 min ton idxal edilib, ikinci yerdə Azərbaycan və Türkiyə gəlir.

İlin əvvəlindən Gürcüstana sürtkü materiallarının idxalı 13,23 min ton təşkil edib.

Teqlər:

"Azərbaycan Gürcüstana aviasiya yanacağı idxalında ikinci əsas tədarükçüdür"

Əlaqəli Xəbərlər