Menyu

182 qadını istismar edib körpələrini satan cinayətkar qrup zərərsizləşdirilib

Nərmin Qocamanlı
182 qadını istismar edib körpələrini satan cinayətkar qrup zərərsizləşdirilib

Mütəşəkkil cinayətkar qrup Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan, Gürcüstan və Albaniyadan olan qadınları qanunsuz olaraq yumurtalarının çıxarılması və ya surroqat analığın həyata keçirilməsi məqsədilə istismar edib.

"Operativ Media" xəbər verir ki, Avropa Hüquq Təhsili və Tədqiqat Mərkəzinin məlumatına görə, körpələr 70-120 min avroya satılıb.

Məlumata görə, Yunanıstanın Krit bölgəsində yerli həkimlər, klinika işçiləri olan 9 nəfər həbs edilib. Moldovadan iki, Gürcüstandan iki qadın axtarışa verilib.

Məlumatda qeyd edilib ki, qadınlar müxtəlif ölkələrdən gətirilərək 14 evdə saxlanılırdı. Yunanıstan hakimiyyətinin məlumatına görə, mütəşəkkil cinayətkar qrup 2021-ci ildən fəaliyyət göstərir və o vaxtdan bəri 182 istismar faktı qeydə alınıb.

Teqlər:

"182 qadını istismar edib körpələrini satan cinayətkar qrup zərərsizləşdirilib"

Əlaqəli Xəbərlər