Menyu

Myanmada musson yağışları 40 min insanı evsiz qoyub

Myanmada musson yağışları 40 min insanı evsiz qoyub

Myanmada iyulun ortalarından bəri güclü musson yağışlarının yaratdığı daşqınlar səbəbindən 60 minə yaxın insan evlərini tərk edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Myanma Sosial Rifah, Yardım və Məskunlaşma Nazirliyinin rəsmisi Lay Şve Zin məlumat verib.

Məlumata görə, daşqınlar səbəbindən ümumilikdə 60 min insan evlərini tərk edib, ancaq sonradan onlardan 20 mini evlərinə qayıdıb.

Lay bildirib ki, hazırda 40 min köçkün monastır, Buddist məbədləri və məktəblər kimi nisbətən sağlam binalarda qalır. Sel nəticəsində 4-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyini qeyd edən Lay, bunlardan 3-nün Mon əyalətindən, bir ana və uşağının isə Arakandan olduğunu bildirib.

Myanmanın rəsmi qəzeti "Myanma Alinn" daşqından zərər çəkmiş bölgələrdə məktəblərin bağlandığını açıqlayıb.

Ölkədə hər il musson mövsümündə kəskin hava müşahidə olunur.

Myanmada 2008-ci ildə baş verən Narcissus qasırğası 138 mindən çox insanın həyatına son qoyub.

Teqlər:

"Myanmada musson yağışları 40 min insanı evsiz qoyub"

Əlaqəli Xəbərlər