Menyu

Rusiya XİN: "Nüvə müharibəsinin yolverilməzliyi prinsipinə sadiqik"

Rusiya XİN: "Nüvə müharibəsinin yolverilməzliyi prinsipinə sadiqik"

"Rusiya milli təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür, lakin nüvə müharibəsinin yolverilməzliyi prinsipinə qətiyyətlə sadiqdir".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Böyük Britaniya və ABŞ-nin nüvə müharibəsinin baş verməməsi ilə bağlı qəbul etdiyi qərarları şərh edərkən bildirib.

"Ölkəmizin rəhbərliyi nüvə müharibəsinin yolverilməzliyi prinsipinə qətiyyətlə sadiqdir. Bildiririk ki, belə müharibədə qalib ola bilməz. Rusiya öz milli təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür və bunu davam etdirəcək", - məlumatda qeyd edilib.

Nazirliyin fikrincə, Rusiyaya və onun müttəfiqlərinə qarşı potensial təcavüz aktının qarşısının alınması “ən yüksək dövlət prioritetləri sırasındadır”.

Nazirlik vurğulayıb ki, beynəlxalq təhlükəsizlik və strateji sabitlik sahəsində vəziyyət deqradasiyaya uğrayıb: "Rusiya, Böyük Britaniya və ABŞ arasında strateji nüvə silahlarının hədəfə alınmamasına dair tədbirlərin məqsədəuyğunluğu barədə müzakirələr 2010-cu ildən bəri davam edib”, - nazirlik bildirib.

Teqlər:

"Rusiya XİN: \"Nüvə müharibəsinin yolverilməzliyi prinsipinə sadiqik\""

Əlaqəli Xəbərlər