"Afrika ölkələrinin Nigerdə konstitusiya quruluşunu bərpa etmək səylərini dəstəkləyirik".
"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
Baerbok Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Zirvə toplantısı ilə bağlı verdiyi yazılı şərhdə, bu mühüm günlərdə ECOWAS və Afrika Birliyinin birgə səylərinin Niger və onun hüdudlarından kənarda demokratiyanı dəstəkləmək üçün bir siqnal olduğunu ifadə edib.
"Biz Afrika ölkələrinin Nigerdə konstitusiya quruluşunu bərpa etmək səylərini dəstəkləyirik və regional dövlətlərin bununla bağlı bütün diplomatik vasitələrdən istifadə niyyətlərini yüksək qiymətləndiririk", - Baerbok bildirib.
Baerbok çevrilişi reallaşdıran şəxslərin demokratik yolla seçilmiş prezident Məhəmməd Bazumu və ailəsini saxlamağa davam etməsini pisləyib: "Onlar dərhal azad edilməlidir. Çevrilişi reallaşdıranlar bilməlidirlər ki, prezident və ailəsinin başlarına bir şey gəlsə, ağır nəticələrlə üzləşəcəklər".