Rusiya Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-ni iclasa çağırıb
Rusiya Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı avqustun 17-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini istəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz "Telegram" kanalında məlumat verib.
“Qərbin Kiyev rejiminə silah tədarükünün artması, Ukrayna ətrafında böhranı daha da gücləndirməsi və onun sülh yolu ilə həlli səylərini sarsıtması fonunda biz avqustun 17-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini xahiş etdik”, - deyə o yazıb
Teqlər:
"Rusiya Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-ni iclasa çağırıb"