ABŞ: "Ukrayna pilotları üçün təlim proqramı hələ hazırlanmayıb"
F-16 qırıcılarını idarə etməyi öyrətmək məqsədilə ukraynalı pilotlar üçün təlim proqramının hazırlanması tamamlanmayıb. Təlimalanların ingilis dilini bilməməsi faktorunu nəzərdən qaçırmaq olmaz.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.
"Biz Ukraynalı pilotların öyrədiləcəyi təlim proqramını hazırlamaq üçün Danimarka və Hollandiya kimi tərəfdaşlarımızla işləyirik. Bu iş davam edir, proqramı hazırlamaq üçün avropalı tərəfdaşlarla əlaqə saxlayırıq. Bütün mexaniki idarəetmələr, təyyarənin içindəki bütün sistemlər ingilis dilindədir. Ona görə də pilotların uça bilməsi üçün ən azı əsas dil bilikləri olmalıdır", - Kirbi bildirib.
Ağ Ev bildirib ki, Avropada çətinliklə qarşılaşılarsa, Birləşmiş Ştatlar Ukrayna ordusuna F-16-nı idarə etmək üçün təlim verməyə hazırdır.
Teqlər:
"ABŞ: \"Ukrayna pilotları üçün təlim proqramı hələ hazırlanmayıb\""