Malatyada 4,8, 4,5 və 4,2 bal gücündə zəlzələ olub - YENİLƏNİB 4
Gozel Həşimova
Türkiyənin Malatya bölgəsində 4,2 bal gücündə daha bir zəlzələ olub.
"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 9,13 kilometr dərinliyində qeydə alınıb.
***
AFAD rəsmisi Yunus Sezer Malatyada baş verən 4,8 və 4,5 bal gücündə zəlzələlər ilə bağlı açıqlama verib.
"Operativ Media"nın xəbər verir ki, onun sözlərinə görə, hazırda tələfat və dağıntı barədə məlumat yoxdur.
***
17:56
Türkiyə DİN rəhbəri Ali Yerlikaya Malatyada baş verən 4,8 bal gücündə zəlzələ ilə bağlı tviter hesabında paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
"Malatyanın Yeşilyurt bölgəsində saat 16.39-da meydana gələn 4.8 bal gücündə zəlzələdə, başda AFAD olmaqla əlaqədar qurum və təşkilatlarımızla birlikdə axtarış-xilasetmə işlərinə başlanılıb".
***
17:53
Türkiyənin Malatya bölgəsində 4,5 bal gücündə daha bir zəlzələ olub.
"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Türkiyə saatı ilə 16:40-da qeydə alınan zəlzələnin ocağı 7 km dərinlikdə olub.
***
17:45
Türkiyənin Malatya bölgəsində 4,8 bal gücündə zəlzələ olub.
"Operativ Media" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 16:39-da qeydə alınan zəlzələnin ocağı 6,35 km dərinlikdə olub.
Teqlər:
"Malatyada 4 8 4 5 və 4 2 bal gücündə zəlzələ olub - YENİLƏNİB 4"