Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,84 bənd təşkil edib.
Bu barədə "Operativ Media" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin iyunun 1-i ilə müqayisədə 0,08 bənd, yanvarın 1-i ilə müqayisədə 0,69 bənd, 2022-ci ilin iyulun 1-nə nisbətən isə 1 bənd azdır.






