İsraildə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə islahatlarına qarşı etirazlar davam edir.
"Operativ Media" xəbər verir ki, islahatlara qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən israillilər etirazların 32-ci həftəsində yenidən meydanlara çıxıb.
Təl-Əviv, Qərbi Qüds, Hayfa və Herzliya kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla fərqli nöqtədə nümayişlərə on minlərlə israilli qatılıb.
Etirazçılar hər həftə olduğu kimi Təl-Əvivin Kaplan küçəsindəki Hökumət Kompleksi qarşısında toplaşıblar.
Netanyahu hökumətinə qarşı etiraz hərəkatının liderləri burada qurulan səhnədə hökumətin məhkəmə qaydalarını tənqid edən çıxışlar ediblər.