41 milyon illik balina kəşf edilib
Misirdə nəsli kəsilmiş miniatür balina növünün yeni növü aşkar edilib. Misir alimləri 41 milyon illik kiçik balinaya Kral Tut, yəni "Tutankhamen" adını veriblər.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu növ qədim və tam suda yaşayan balinalar qrupu olan "Basilosauridae" ailəsinin elmə məlum ən kiçik üzvüdür.
Balinaya "Kral Tut" adı verilib ki, tədqiqatçılar tapılan növlərin hələ tam yetkinliyə çatmadığına inanır. Belə ki, Qədim Misir fironu Kral Tut da yetkinlik (19) yaşında vəfat edib.
Misirdəki Mansoura Universitetinin Onurğalılar Paleontologiya Mərkəzinin paleontoloqu Məhəmməd S. Antar mövzu ilə bağlı deyib: "Yeni balinanın kəşfi Eosen dövründə yaşayan dəniz məməlilərinin həyat tarixçələri haqqında anlayışımızda əhəmiyyətli dəyişikliyə səbəb oldu".
Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən növ bütün dünyada aşkar edilmiş ən qədim balina fosillərindən biridir. Tədqiqatın həmmüəlliflərindən biri və Cənubi Kaliforniya Universitetinin professoru Erik R. Seiffert alimlərin daha yaşlı, tamamilə suda yaşayan balinaları kəşf etmək şansının olduğunu bildirib.