Menyu

Fransada binada yanğın baş verib, 3 nəfər ölüb

Fransada binada yanğın baş verib, 3 nəfər ölüb

Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Radio-France" məlumat yayıb. 

Məlumata görə, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.

Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.

Bölgəyə 50-yə yaxın xilasedici sövq edilib, yanğın nəzarət altına alınıb.

Yanğının baş verdiyi bina və ətrafdakı tikililərdəki insanlar ehtiyat tədbiri olaraq təxliyyə edilib.

Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər