"Rusiya Federasiyasının Qazaxıstan və Özbəkistanla qaz birliyinin genişləndirilməsini mümkün sayan bəyanatı Türkmənistanı ciddi şəkildə narahat edir".
"Operativ Media" xəbər verir ki, bu barədə “Türkmənqaz” dövlət konserninin vitse-prezidenti Mirad Arçayev bildirib.
O xatırladıb ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Çin uzun müddətdir ki, təbii qazın Orta Asiyadan Çinə nəqlində əməkdaşlıq edirlər.
Rusiya isə nə üçün Türkmənistan olmadan "qaz birliyi" qurmaq istədiyini aydın şəkildə izah etməlidir.






