"Kiyev qoşunları Rusiyaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücum uğursuz olub. Rusiya raket əleyhinə müdafiə sistemləri PUA-nı havada vurub".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bazar günü jurnalistlərə bildirib.
"Bu gün səhər saat 4 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatı ilə uğursuz hücum cəhdinin qarşısı alınıb", - nazirlik bildirib.