Menyu

Suriya XİN ABŞ-ni terrorçuları himayə etməkdə ittiham edib

Redaksiya
Suriya XİN ABŞ-ni terrorçuları himayə etməkdə ittiham edib

ABŞ qüvvələri son vaxtlar İŞİD kimi terror qruplarının fəallaşdığı Suriyanın şərqində hərbi eskalasiyaya görə məsuliyyət daşıyır.

"Operativ Media" xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin yaydığı bəyanatda deyilir: "ABŞ qüvvələri avqustun 10-da Suriya hərbçilərinin Deyr əz-Zor əyalətində pusquya salınmasına görə məsuliyyət daşıyan terrorçuları himayə edir. Bu cinayət əməli ABŞ-nin Suriyada və bütün regionda öz məqsədlərini həyata keçirmək üçün istifadə etdiyi şəxslər tərəfindən törədilib”.

Suriya Xarici İşlər Nazirliyi vurğulayıb ki, ABŞ-nin bu ölkə ərazisində qeyri-qanuni hərbi mövcudluğu onun neft ehtiyatlarının talanması və Suriya xalqına iqtisadi zərərlərlə müşayiət olunur.

"Amerikalılar Suriyanın suverenliyini və işğallarını davam etdirmək üçün sabitliyini pozurlar", - nazirlik bildirib.

Dəməşq təhlükə tam aradan qaldırılana qədər terrorçulara qarşı əməliyyatları davam etdirəcəyinə söz verib.

Qeyd edək ki, avqustun 10-da Suriyanın paytaxtı Dəməşqdən 368 km aralıda Əl-Mayadin şəhəri yaxınlığında avtobusun pusquya düşməsi nəticəsində azı 33 suriyalı hərbçi həlak olub, daha 11 yaralı hərbçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 

Teqlər:

"Suriya XİN ABŞ-ni terrorçuları himayə etməkdə ittiham edib"

Əlaqəli Xəbərlər