Menyu

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 93-ə çatıb

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 93-ə çatıb

ABŞ-nin Havay əyalətində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 93-ə çatdığı, hadisənin ölkədə son 100 ildə ən çox can itkisinin yaşandığı meşə yanğınları olaraq qeyd edildiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, bölgədəki səlahiyyətlilər Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları ilə bağlı son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

Havay adalarının qubernatoru Coş Qrin deyib: "İndi hamınız bu gün meydanda nə baş verdiyini maraqlandırırsınız. Ölənlərin sayı 93-ə yüksəldi".

Ölənlərin sayının daha da artacağını gözlədiklərini deyən Qrin əlavə edib: "Bu, Havay adalarının yaşadığı ən böyük fəlakətdir. Təxminən 2200 tikili dağıldı və zərərin miqdarı 6 milyard dollara çatdı".

Maui polis rəisi Con Pelletier bildirib ki, həyatını itirən 93 nəfərdən yalnız 2-nin kimliyini müəyyən etmək mümkün olub.

Axtarış-xilasetmə işlərini ən qısa zamanda həyata keçirmək istədiklərini ifadə edən Pelletier qeyd edib ki, bu günə qədər yanğın bölgəsinin yalnız 3 faizini axtarmaq mümkün olub.

Teqlər:

"Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 93-ə çatıb"

Əlaqəli Xəbərlər