Britaniya kəşfiyyatının hesabatı: "Vaqner" kiçilir"
Rusiyanın muzdlu hərbi qruplaşması "Vaqner"in maliyyə səbəblərinə görə ixtisar və yenidən strukturlaşma prosesinə doğru irəlilədiyi bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin paylaşdığı kəşfiyyat hesabatında deyilir.
Hesabatda "Vaqner"in maliyyə problemləri ilə üzləşdiyi qeyd edilib: "Vaqner" maliyyə çatışmazlığı dövründə kadrların maaşına qənaət etmək üçün yəqin ki, ixtisar və restrukturizasiyaya doğru gedecək. 2023-cü ilin iyununda uğursuz üsyandan sonra Rusiya dövləti "Vaqner" lideri Yevgeni Priqojinin bir sıra digər biznes maraqlarına qarşı da hərəkətə keçdi. Bundan sonra Kremlin qruplaşmanı maliyyələşdirməyəcəyi real ehtimaldır".
Rusiya "Vaqner"i maliyyələşdirməyi dayandırarsa, Belarusun müdaxilə edə biləcəyi ifadə edilib: "Rusiya dövləti "Vaqner"ə pul ödəməyi dayandırarsa, ikinci ən ağlabatan seçim Belarus hakimiyyətidir. Bununla belə, bu böyük güc ("Vaqner") Belarusun cüzi resurslarına əhəmiyyətli və arzuolunmaz bir yük deməkdir".